VICE News: Ermənistan Bərdəni qadağan olunmuş silahlardan atəşə tutub – FOTO
Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə şəhərinin yaşayış məntəqələrini qadağan edilmiş kasset döyüş sursatları ilə atəşə tutması nəticəsində 21 dinc sakin həlak olub.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə VICE News nəşri məlumat yayıb.
VICE News nəşrinin jurnalistləri oktyabrın 28-də baş vermis hücumdan bir neçə saat sonra araşdırma aparıblar və “Smerç” raketindən atılmış döyüş sursatlarının qalıqlarını aşkarlayıblar.
“Amnesty International”ın hərbi eksperti Brayan Kastner və Avropa Birliyinin keçmiş hərbi müşaviri Mark Qarlasko təsdiq ediblər ki, döyüş sursatları "Smerç"dən buraxılıb.
S.Xankişiyeva
451