Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı 52 cinayət işi başlanıb | 1news.az | Xəbərlər
Siyasət

Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı 52 cinayət işi başlanıb

14:50 - 30 / 10 / 2020
Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı 52 cinayət işi başlanıb

Sentyabrın 27-dən bu günə qədər Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı 52 cinayət işi başlanıb.

1news.az-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə baş prokuror Kamran Əliyev deyib.

Onun sözlərinə görə, həmin cinayətlərdən 39-u Azərbaycanın yaşayış məntəqələrinin raket atəşinə tutulması ilə bağlıdır: "Bundan başqa, Dağlıq Qarabağda mizdluların döyüş əməliyyatında iştirakı ilə bağlı 5, tarixi abidələrin dağıdılması və ekologiyaya zərər dəyməsi ilə bağlı 1 cinayət işi başlanıb. Həmçinin mizdluların döyüş əməliyyatında əsir düşmüş hərbçilərə qeyri-insani rəftarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsində 3, Respublika Hərbi Prokurorluğunda isə 4 cinayət işi başlanıb. Hazırda bütün cinayət işləri üzrə istintaq tədbirləri davam etdirilir".

1news.az

Paylaş:
418

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər