Hikmət Hacıyev: Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə maddi-mədəni irs dağıdılıb | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə maddi-mədəni irs dağıdılıb

14:58 - 30 / 10 / 2020
Hikmət Hacıyev: Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə maddi-mədəni irs dağıdılıb

“Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə maddi-mədəni irs dağıdılıb”.

1news.az xəbər verir ki, bunu bu gün Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

 Xocalı soyqırımını xatırladan H. Hacıyev deyib ki, Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma aparıb: “Yaxın Şərqdən olan erməni əsilli şəxslər işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırılıb. Bunların hər biri müharibə cinayətləri kimi təsnif edilməlidir”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdəki mineral yataqlar qanunsuz istismar olunub, digər məqsədlər üçün xərclənib: “Qanunsuz iqtisadi əməllər nəticəsində əldə olunan maliyyə vəsaitlərinin digər ölkələrin bank sistemlərinə daşınması da həyata keçirilib. İşğal olunmuş ərazilərin turizm məqsədi ilə istifadəsi də ayrıca cinayət əməli kimi nəzərdən keçirilməlidir”.

H.Hacıyev nəzərə çatdırıb ki, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışında işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşmaya toxunub: “Cinayət əməllərində iştirakla bağlı Ermənistan rəhbərliyində olan insanlar məsuliyyət daşıyır. Azərbaycan məsuliyyət daşıyan şəxslərə qarşı fərdi məsuliyyət tədbirlərini davam etdirəcək. Eyni zamanda beynəlxalq platformalarda da bunun qiymətinin verilməsi üçün addımlar atılacaq. Hər bir fakt üzrə Azərbaycanda konkret cinayət işi açlıır”.

1news.az

Paylaş:
528

Son xəbərlər

İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38
Bütün xəbərlər