Mehriban Əliyeva: Türkiyə xalqının kədəri bizim kədərimizdir – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Mehriban Əliyeva: Türkiyə xalqının kədəri bizim kədərimizdir – FOTO

21:00 - 30 / 10 / 2020
Mehriban Əliyeva: Türkiyə xalqının kədəri bizim kədərimizdir – FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi Instagram səhifəsində Türkiyənin İzmir şəhərində baş verən zəlzələ ilə bağlı paylaşım edib.

1news.az-ın verdiyi xəbərə görə, paylaşımda deyilir:

"Türkiyənin Egey bölgəsində baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərləri kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını diləyirəm. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Bizim qardaşlığımız əbədi və sarsılmazdır! Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!".

S.Xankişiyeva

 

Paylaş:
583

Son xəbərlər

Bütün xəbərlər