Vüsal Qasımlı: Ermənistanın işğal olunmuş ərazilərdə qurduğu bütün müdafiə infrastrukturu sıradan çıxarılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Vüsal Qasımlı: Ermənistanın işğal olunmuş ərazilərdə qurduğu bütün müdafiə infrastrukturu sıradan çıxarılıb

17:05 - 31 / 10 / 2020
Vüsal Qasımlı: Ermənistanın işğal olunmuş ərazilərdə qurduğu bütün müdafiə infrastrukturu sıradan çıxarılıb

“Bu günə qədər olan məlumata görə, 200-ə qədər yaşayış məntəqəsi, yüksəkliklər Azərbaycan ordusu tərəfindən azad edilib. Ermənistanın ordusuna hərbi-texniki və sursat baxımından 2,7 milyard ABŞ dollarından yüksək dəyərdə ziyan vurulub”. 

1news.az-ın xəbərinə görə, bunu Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib. 

O deyib ki, Ermənistanın işğal olunmuş ərazilərdə qurduğu bütün müdafiə istehkamı, infrastrukturu sıradan çıxarılıb. Eyni zamanda Ermənistan iqtisadiyyatına ciddi zərbə dəyib: “Hazırda Ermənistan iqtisadiyyatı həm tədiyyə balansının, həm ticarət balansının, həm icmal dövlət büdcəsinin kəsirləri ilə bağlı xroniki problem yaşayır. Ölkədə sosial, siyasi, iqtisadi gərginlik hökm sürür. Bütün bunların müqabilində əlbəttə Ermənistanın döyüş meydanında, diplomatiya meydanında, iqtisadi meydanda, resurs müharibəsində uduzduğu halda yeganə əl atdığı vasitə Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmasıdır”.

O deyib ki, sentyabrın 27-dən başlayaraq oktyabrın 30-u saat 08:00-a qədər Ermənistan tərəfindən Azərbaycanın 182 yaşayış məntəqəsinə 27 mindən artıq mərmi və 218 raket zərbəsi endirilib. Deyilən müddət ərzində Azərbaycanın 91 mülki vətəndaşı həlak olub, 396 nəfər insan xəsarət alıb. 2442 obyekt, 92 çoxmənzilli bina ziyan çəkib. Eyni zamanda 13 kommunikasiya infrastrukturu sıradan çıxarılıb və 17 dini obyekt, abidə, o cümlədən məscid və kilsəyə ziyan dəyib.

1news.az

Paylaş:
342

Son xəbərlər

Niderland Avropa çempionatında qaldı, Türkiyə isə tərk etdi - YENİLƏNİB 407 / 07 / 2024, 01:10Qarabağ Universitetində ingilis dili üzrə müəllimi vakansiyası elan edilib06 / 07 / 2024, 18:03Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib - YENİLƏNİB 106 / 07 / 2024, 17:55Azad edilmiş ərazilərdə yeni seçki məntəqələri yaradılacaq06 / 07 / 2024, 17:23Sabunçuda 5 otaqlı ev yanıb06 / 07 / 2024, 16:54Bakıda hind aktyorlarının iştirakı ilə film çəkilir06 / 07 / 2024, 16:38Qubada 1 nəfər göldə batıb06 / 07 / 2024, 16:19Abşeronda zəncirvari qəza baş verib, yaralılar var06 / 07 / 2024, 15:59Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri başa çatıb06 / 07 / 2024, 15:31Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb06 / 07 / 2024, 15:03Təcridxanada olan qardaşına narkotik vasitə aparan şəxs saxlanılıb06 / 07 / 2024, 14:47Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşıb06 / 07 / 2024, 14:29Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşünün Qarabağ Bəyannaməsinin imzalanması mərasimi olub06 / 07 / 2024, 14:08Azərbaycan bu günlərdə TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb06 / 07 / 2024, 14:05Azərbaycan Prezidenti: XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır06 / 07 / 2024, 13:52Prezident: Türk dünyasının və TDT-nin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir06 / 07 / 2024, 13:32Azərbaycan-İran sərhədini pozanlar əmrə tabe olmayıb, xəbərdarlıq atəşi açılıb06 / 07 / 2024, 13:02Bazar gününün hava proqnozu06 / 07 / 2024, 12:42Prezident Şuşada TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb06 / 07 / 2024, 12:14Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj etməkdə şübhəli bilinən Şirvan şəhər sakini saxlanılıb06 / 07 / 2024, 11:52
Bütün xəbərlər