Həftənin ilk iş gününün HAVASI | 1news.az | Xəbərlər
Cəmiyyət

Həftənin ilk iş gününün HAVASI

13:42 - 01 / 11 / 2020
Həftənin ilk iş gününün HAVASI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti noyabr ayının 2-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah noyabrın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə  duman olacağı gözlənilir.  Mülayim şimal-qərb küləyi əsəcək. 

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz  19-23, Bakıda gecə 13-15, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 766  mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz  50-55 faiz olacaq.  

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə  duman olacağı, lakin axşam bəzi dağlıq ərazilərdə yağış yağacağı  ehtimalı var. Mülayim şərq küləyi əsəcək.  Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.   

1news.az

Paylaş:
354

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər