Əli Əhmədov Binəli Yıldırımla görüşüb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Əli Əhmədov Binəli Yıldırımla görüşüb - FOTO

11:20 - 02 / 11 / 2020
Əli Əhmədov Binəli Yıldırımla görüşüb - FOTO

Noyabrın 2-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

1news.az-ın məlumatına görə, görüşdə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, AK Parti ilə ittifaqda olan Milliyətçi Hərəkat Partiyasının TBMM-də fraksiyasının sədri Celal Adan, Binəli Yıldırımın oğlu Erkam Yıldırım və Bozok Universitetinin rektoru, professor Kürşad Zorlu iştirak edirdilər.

Qonaqları salamlayan Ə.Əhmədov bu səfərdən məmnunluğunu bildirərək onun iki ölkə arasında yüksək əlaqələrin nümunəsi kimi dəyərləndirib. Ümummilli Liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan Ə.Əhmədov qeyd edib ki, bu gün bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının, tarixi dostluğunun bir daha şahidi olur. Xüsusilə, indiki dövrdə Türkiyənin Azərbaycanın yanında olması, haqq savaşımızı dəstəkləməsi tarixdən gələn qardaşlığımızın və dostluğumuzun ən bariz ifadəsidir.

YAP Sədrinin müavini söyləyib ki, bütün dünya bu gün haqq mübarizəsi aparan Azərbaycanın yanında Türkiyə kimi böyük dövlətin olduğunu görür və bu fakt həmçinin dünyaya bir mesajdır: “Türkiyə Prezidentinin, dövlət rəsmilərinin, bütün türk cəmiyyətinin bizə verdiyi mənəvi və siyasi dəstək Azərbaycanın gücünü və qüdrətini daha da artırır. Hesab edirəm ki, sizin bu səfəriniz də Azərbaycan-Türkiyə qardaşlığının bariz ifadəsidirsə, digər tərəfdən Türkiyənin 27 sentyabrdan indiyə kimi ölkəmizə ifadə etdiyi dəstəyin əyani göstəricisidir. Buna görə Azərbaycan xalqı bu dəstəyi çox yüksək qiymətləndirir”.

Ə.Əhmədov həmçinin, İzmirdə baş verən zəlzələ nəticəsində çoxsaylı insan itkisi ilə bağlı xalqımızın kədərləndiyini bildirib, vəfat edənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib.

Qardaş Azərbaycana səfər etməsindən məmnunluğunu bildirən Türkiyənin sabiq Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binəli Yıldırım torpaqlarının işğaldan azad edilməsi yolunda böyük mücadilə aparan Azərbaycan xalqına uğurlar arzulayıb. B.Yıldırım bu yolda şəhid olan hərbçilərə və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Problemin 30 ildir həll olunmadığını deyən B.Yıldırım qeyd edib ki, bu illər ərzində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalı davam edib: “Türkiyə olaraq biz hər zaman Qarabağ torpaqlarının erməni işğalından azad olunmasının və azərbaycanlı qaçqın-köçkünlərin öz doğma torpaqlarına qayıtmasının tərəfdarı olmuşuq. Bu məqsədlə indiyə kimi aparılan diplomatik danışıqlar heç bir nəticə verməyib. Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrləri işğalçı Ermənisana qarşı heç bir addım atmayıb, işi zamana buraxaraq problemi unutdurmağa çalışıblar. Ona görə də, iş bu həddə çatdı ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün haqq savaşına başlayıb və bu savaşda can Azərbaycan bir dastan yazır”.

Türk xalqının hər zaman Azərbaycana dəstək verdiyini deyən B.Yıldırım 102 il öncə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun göstərdiyi dəstəyi də xatırladıb. O, Türkiyənin bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacağını deyərək, səfərin məhz Azərbaycana dəstək xarakteri daşıdığını vurğulayıb.

B.Yıldırım həmçinin, İzmirdə baş verən zəlzələ ilə əlaqədar Azərbaycan xalqının dəstəyini yüksək dəyərləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşdə həmçinin, Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyətli səfiri Erkan Özoral, YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva və Milli Məclisin deputatı Ramil Həsən iştirak edib.

Qafar Ağayev

Paylaş:
514

Son xəbərlər

İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38
Bütün xəbərlər