Düşmənin motoatıcı alayının komandiri məhv edilib | 1news.az | Xəbərlər
Siyasət

Düşmənin motoatıcı alayının komandiri məhv edilib

21:35 - 03 / 11 / 2020
Düşmənin motoatıcı alayının komandiri məhv edilib

Cəbhənin Xocavənd istiqamətindəki döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının mövqelərindəki yeraltı sığınacaqların atəşə tutulması nəticəsində xeyli sayda şəxsi heyət məhv edilib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Azərbaycan Ordusunun bu istiqamətdə həyata keçirdiyi tədbirlər nəticəsində motoatıcı alayın komandiri polkovnik Qor İşxanyan da həlak olub", - deyə xəbərdə bildirilir.

S.Xankişiyeva

 

Paylaş:
497

Son xəbərlər

Bütün xəbərlər