Özbəkistan portalı: Azərbaycanın işğal edilmiş ərazilərində terror təşkilatı yaradanlara qarşı cinayət işi açılıb | 1news.az | Xəbərlər
Siyasət

Özbəkistan portalı: Azərbaycanın işğal edilmiş ərazilərində terror təşkilatı yaradanlara qarşı cinayət işi açılıb

19:41 - 04 / 11 / 2020
Özbəkistan portalı: Azərbaycanın işğal edilmiş ərazilərində terror təşkilatı yaradanlara qarşı cinayət işi açılıb

Özbəkistanın “fikr.uz” portalı “Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistanın “VoMa” adlı terror təşkilatı yaradılması ilə bağlı məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın Baş Prokurorluğunun Dövlət Təhlükəsizliyi Xidmətinin materiallarına əsasən işğal olunmuş ərazilərdə “VoMa” adlı terror təşkilatı yaratmaları ilə əlaqədar Ermənistan vətəndaşı Vladimir Vartanov və digərləri haqqında cinayət işi açdığı bildirilib.

Yazıda qeyd olunur ki, terror təşkilatı 2014-cü ildə Azərbaycanda və işğal edilmiş ərazilərdə terror aktları törədilməsi məqsədilə yaradılıb. Təşkilata Ermənistandan kənarda yaşayan erməni mənşəli şəxslər, həmçinin ASALA, PKK və digər terror təşkilatlarının nümayəndələri cəlb olunub və o, rəsmən “VoMa” batalyonu adlandırılıb.

Müəyyən edilib ki, terror təşkilatının üzvləri Ermənistan ordusunun silah-sursatından istifadə edərək Azərbaycanın cəbhə xəttinə yaxın şəhər və rayonlarında dinc əhaliyə qarşı terror aktları törədib.

S.Xankişiyeva

 

Paylaş:
456

Son xəbərlər

Bütün xəbərlər