Ermənistan silahlı qüvvələrinin zenit qurğusu sıradan çıxarıldı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistan silahlı qüvvələrinin zenit qurğusu sıradan çıxarıldı - VİDEO

12:20 - 04 / 11 / 2020
Ermənistan silahlı qüvvələrinin zenit qurğusu sıradan çıxarıldı - VİDEO

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hərbi texnikalarının sıradan çıxarılması üzrə fəaliyyətlər davam etdirilir.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, noyabrın 3-də günün ikinci yarısında cəbhənin Xocavənd istiqamətindəki yüksəkliklərdən birinə çıxarılmış Ermənistan silahlı qüvvələrinin 1 ədəd “M-55” zenit qurğusu dəqiq atəşlə məhv edilib.

Qeyd edək ki, 1955-ci ildə istehsal edilmiş, yüngül zirehli çoxməqsədli transportyor üzərində quraşdırılmış 20 mm-lik 3 topdan ibarət zenit qurğusu aşağı hündürlükdə uçan hədəflərini və canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub.

Qafar Ağayev

Paylaş:
609

Son xəbərlər

Bütün xəbərlər