Mətbuat Şurası erməni lobbisinin “La Repubblica” qəzetinə hücumu ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib | 1news.az | Xəbərlər
Siyasət

Mətbuat Şurası erməni lobbisinin “La Repubblica” qəzetinə hücumu ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

12:15 - 06 / 11 / 2020
Mətbuat Şurası erməni lobbisinin “La Repubblica” qəzetinə hücumu ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Mətbuat Şurası erməni lobbisinin “La Repubblica” qəzetinə hücumu ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

Şuradan 1news.az-a verilən məlumata görə, müraciətdə deyilir:

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv vəziyyəti, Azərbaycan həqiqətlərini işıqlandıran xarici media nümayəndələrinə qarşı erməni lobbi və diaspor təşkilatlarının təzyiqləri davam etməkdədir. Azərbaycan Mətbuat Şurası indiyədək bununla əlaqədar bəyanatlar verib, beynəlxalq media ictimaiyyətinə ünvanlanmış çağırışlar səsləndirib. Şura narahatlığını İtaliyanın “La Repubblica” qəzeti ilə bağlı da bildirir. Təəssüflə bildiririk ki, Fransanın “TF1” telekanalı, ABŞ-ın “Nyu York Tayms” qəzeti kimi bu kütləvi informasiya vasitəsi də erməni lobbisi nümayəndələrinin hədəfindədir. Qəzetin əməkdaşı Peitro Del Re təhqiramiz hücuma məruz qalmaqdadır.

Azərbaycan Mətbuat Şurası bəyan edir ki, “La Repubblica” qəzetinin əməkdaşı Peitro Del Reyə qarşı xoşagəlməz, heç bir normalara, əxlaq və davranış qaydalarına sığmayan rəftar bütövlükdə söz və ifadə azadlığı prinsiplərinə görünməmiş həqarətdir. Demokratiyanın beşiyi sayılan Avropada belə bir özbaşınalığın həyata keçirilməsi yalnız Azərbaycan həqiqətlərinə qarşı dözümsüzlük deyil, bütövlükdə azad media dəyərlərinə açıq sayğısızlıqdır.

Ən başlıca məqam isə bu cür hallara qarşı zəruri ictimai qınağın, habelə hüquqi mexanizmlərin işlək olmamasıdır. Mətbuat Şurası dünyanın aparıcı media qurumlarına, insan hüquqları təşkilatlarına, beynəlxalq aləmin ictimai sektorunda yer alan aparıcı jurnalistika birliklərə müraciət edərək onları “La Repubblica” qəzetinin əməkdaşı Peitro Del Reyə təzyiqlərə son qoyulmasına kömək göstərməyə, məsələ ilə bağlı qəti və sərt münasibət bildirməyə çağırır.

Demokratik prinsipləri inkar və təhdid edən erməni lobbi və diaspor təşkilatlarının bu prinsiplərin mühüm göstəricisi sayılan söz azadlığına qarşı demarşı dayandırılmalıdır, onlara “dur” deyilməlidir. Bütövlükdə dünya ictimaiyyətinin bu məsələdə qəti mövqe nümayiş etdirməsi son dərəcə vacibdir. İmkan verilməməlidir ki, erməni lobbisinin hüquqa zidd fəaliyyəti genişlənsin.

Erməni lobbisinin ali prinsip və dəyərlərdən üstün tutulmasına son qoyulmasının vaxtı çatıbdır. Arzu edərdik ki, bu reallığı beynəlxalq aləm də görsün, cəzasızlığın gələcəkdə hansı ağrılı nəticələr doğuracağını indidən, təxirəsalmadan düşünsün. Sonra gec ola bilər".

Qafar Ağayev

Paylaş:
514

Son xəbərlər

Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36
Bütün xəbərlər