Kamaləddin Qafarov: “Biz qalib gəldik!” | 1news.az | Xəbərlər
Siyasət

Kamaləddin Qafarov: “Biz qalib gəldik!”

11:23 - 11 / 11 / 2020
Kamaləddin Qafarov: “Biz qalib gəldik!”

“Dünən Moskva vaxtı ilə saat 06:00-dan başlayaraq Ermənistan qoşunlarının Dağlıq Qarabağdan çıxarılması prosesinə başlanılıb. Rusiya Müdafiə Nazirliyinin bəyanatı və sülhməramlıların bölgəyə gəlməsi dünən gecə saatlarından başlanan tarixi hadisələr silsiləsindən sevindirici bir xəbər oldu”.

Bu sözləri yap.org.az saytına müsahibəsində millət vəkili Kamaləddin Qafarov demişdir.

K.Qafarov bildirmişdir ki, noyabrın 8-dən özünün ən yüksək zirvəsinə çatan Azərbaycan zəfəri, sonrakı günlərdə  əlamətdar hadisələrlə daha da zənginləşmişdir. Sentyabrın 27-dən başlayan Vətən Müharibəsi, demək olar, hər gün torpaqlarımızın- neçə-neçə yaşayış məntəqəsinin, strateji yüksəkliklərin işğaldan azad olunması ilə tarixə düşmüş, bizi xalqımızın çoxdan həsrətində olduğu Böyük Qələbəyə addım-addım yaxınlaşdırmışdır. Noyabrın 8-də Qarabağın iftixarı, misilsiz incisi sayılan Şuşanın yağı tapdağından qurtarılması, şəhərdə Azərbaycanın üçrəngli bayrağının qürurla dalğalanması sevincini xalqımızla qeyd edib qurtarmamış, dünən gecə saatlarında illərdir gözlədiyimiz xəbəri eşitdik. Vətən Müharibəsi dövründə daim öz xoş müjdələri ilə xalqın ən sevimli insanına çevrilən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev televiziya ilə çıxış edərək ölkəmizə ən böyük müjdəni verdi. Müharibə başa çatdı, Ermənistan öz faktiki  məğlubiyyətini siyasi cəhətdən də etiraf etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin videokonfrans formatında görüşü və bu görüşdə imzalanan birgə Bəyanat Ermənistanın əsl kapitulyasiya sənədidir. Bunu bütün dünya gördü, bunu Azərbaycan gördü, bunu indi “it yiyəsini, bağa başını tanımayan”, parlamenti darmadağın edilən, spikeri təpiklər altına salınan Ermənistan gördü. Bu situasiyada istər-istəməz Ali Baş Komandanımızın xalq arasında ən çox bəyənilən “Nə oldu, Paşinyan?” ifadəsi düşür.

Şuşanın işğaldan azad ediləcəyini ağlına belə gətirməyən, amma reallıqda biabırcasına məğlub olan  Ermənistanın siyasi dairələrinin kütbeyinliyi onun siyasi fiaskosuna gətirib çıxardı. Prezidentimiz İlham Əliyev başda olmaqla hamımız deyirdik, başa salmağa çalışırdıq, qan tökülməsini istəmədiyimizi anlatmağa cəhd edirdik. Xəbərdar edirdik ki, heç bir izahı olmayan bu gerizəkalıq siyasi intihara bərabərdir, Azərbaycanın təklifləri mövcud vəziyyətdən yeganə praqmatik çıxış yoludur.

Təkliflər qəbul olunmadıqca, Azərbaycan ordusu hərb meydanında öz sözünü deyirdi. “Şuşasız bizim işimiz yarımçıq qalar”, söyləyən Prezidentimiz hər zaman olduğu kimi, bu dəfə də vədinə sadiq qaldı. Bayraq Günü ərəfəsində 28 il 6 ay işğalda qalan, xalqımızın mədəniyyət, ədəbiyyat beşiyində, qədim tarixi şəhərində-Şuşada üçrəngli bayrağımız dalğalandırıldı, Azərbaycan həm siyasi, həm hərbi, həm də diplomatik səhnədə böyük məğlubiyyətə uğratdığı azğın düşmənə bir daha yerini göstərdi.

Sentyabrın 27-dən bu günədək işğal altında olan 300-ə yaxın kənd və qəsəbənin,   Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı, Şuşa  şəhərlərinin, təkcə srağagün  isə 72 yaşayış məntəqəsinin, 8 yüksəkliyin  düşmən tapdağından azad edilməsi Ali Baş Komandan İlham Əliyevin , bütün xalqımızın böyük qələbəsinin təsdiqi idi.

Nizamlanma prosesində  faktiki olaraq 2+2 formatının qəbulu, bölgənin gələcək taleyinin müəyyənləşməsində önəmli rol oynayacaq. Bu yanaşma, artıq ATƏT-in Minsk Qrupunun həmsədrliyinin tarixin arxivinə qovuşmasına, ən yaxşı halda isə yeni çevik təşəbbüslərin axtarışına rəvac verəcək.

Bu Qələbə günlərində çox şey demək, çox məqamları vurğulamaq olar. Tarix hər şeyi özü yerbəyer etdi. Bu günlərin sevinc çələngini, hesab edirəm, qələbəmizin əsas memarı olan, dünyanın 30-a yaxın media strukturunu, sözün əsl mənasında, mat vəziyyətinə salan  Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevdən daha dəqiq, daha dolğun  ifadə etmək qeyri -mümkündür: “... Artıq Azərbaycan xalqının səbri tükənmişdi və mən Ermənistan baş nazirinə son görüşlərdə demişdim ki, siz odla oynamayın, Azərbaycan xalqının səbri ilə oynamayın. Siz Azərbaycan xalqını tanımırsınız, siz tanıyacaqsınız bizi, amma gec olacaq. Düz yola gəlin, çıxın bu torpaqlardan, bu torpaqlar sizə mənsub deyil. Amma nə etdilər? Orada qanunsuz məskunlaşma aparmaq üçün beynəlxalq hüququ, beynəlxalq konvensiyaları, o cümlədən Cenevrə konvensiyalarını kobudcasına pozaraq nümayişkaranə şəkildə xaricdən erməniləri gətirib, özü də məhz Şuşaya ki, bizi incitsin. Məhz Şuşada o dəstə başçısı hansı ki, indi deşik axtarır gizlənməyə, xunta başçısı özünə andiçmə mərasimi keçirmişdir və Ermənistan baş naziri gedib orada iştirak edib. Bu, bizə sataşmaq deyildimi? Bunun hesabını sizdən soruşan olmayacaqdımı?! Hesabını soruşduq, diz çökdürdük, diz üstə qoyduq!” 

1news.az

Paylaş:
1038

Son xəbərlər

Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42
Bütün xəbərlər