Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb

19:06 - 12 / 11 / 2020
Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb

Noyabrın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatına əsasən əməliyyat zonasında yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, görüşdə sülhməramlı missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib.

S.Xankişiyeva

 

Paylaş:
657

Son xəbərlər

Bütün xəbərlər