Azərbaycana dəstəyə görə Kanada bizə embarqo qoydu, biz nə etdik? - Ərdoğan PUA-lar barədə | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycana dəstəyə görə Kanada bizə embarqo qoydu, biz nə etdik? - Ərdoğan PUA-lar barədə

20:35 - 12 / 11 / 2020
Azərbaycana dəstəyə görə Kanada bizə embarqo qoydu, biz nə etdik? - Ərdoğan PUA-lar barədə

Qardaş Azərbaycana verdiyimiz dəstəyə görə Kanada pilotsuz uçuş aparatlarımızda (PUA) istifadə etdiyimiz kameralara embarqo qoydu. Biz nə etdik? PUA-larda öz istehsalımız olan kameralar tətbiq etdik.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident bildirib: "Biz ASELSAN şirkətinin kameralarından istifadə edib yolumuza davam etdik. Həmin kameraların daha yaxşısını istehsal etmək məqsədilə layihələrə başlamışıq".

S.Xankişiyeva

 

Paylaş:
674

Son xəbərlər

Bütün xəbərlər