Beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsinə cəlb ediləcək | 1news.az | Xəbərlər
Siyasət

Beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsinə cəlb ediləcək

18:41 - 13 / 11 / 2020
Beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsinə cəlb ediləcək

“Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayət əməllərinin qiymətləndirilməsi prosesinə yerli qiymətləndirmə şirkətləri cəlb edilib. Bu işlər özəl sektorla dövlət qurumları arasında əməkdaşlıq prinsipi çərçivəsində həyata keçirilir. Özəl sektorun da malik olduğu təcrübəsi var və ondan da yararlanmaq nəzərdə tutulub”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müharibə zamanı ermənilərin Azərbaycan vətəndaşlarına vurduqları ziyanın qiymətləndirilməsinə həsr olunan mətbuat konfransında bildirib.

“Eyni zamanda beynəlxalq təşkilatlar və müstəqil beynəlxalq təsisatlar da bu prosesə cəlb ediləcəklər. Prezident İlham Əliyevin sərəncamında da Xarici İşlər Nazirliyinin xəttilə bu prosesə bu qəbildən olan beynəlxalq təsisatların cəlb olunması nəzərdə tutulub. Həmçinin bu zərərin ümumi qiymətləndirilməsi və ümumi nəticəyə gəlinəcək rəqəmlər də XİN xəttilə beynəlxalq ictimaiyyətə təqdim olunacaq. Çünki bu məqamların hər biri hərbi cinayətdir”, - o qeyd edib.

S.Xankişiyeva

 

Paylaş:
544

Son xəbərlər

Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42
Bütün xəbərlər