XİN: Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə görüş keçirilib | 1news.az | Xəbərlər
Siyasət

XİN: Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə görüş keçirilib

22:23 - 13 / 11 / 2020
XİN: Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə görüş keçirilib

Bu il noyabrın 12-13-də virtual şəkildə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) birgə təşkilatçılığı ilə Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Paktın icrası xüsusunda regional dəyərləndirmə görüşü keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, görüşün məqsədi Qlobal Paktın UNECE regionunda icrasına nəzarəti təmin etməkdən ibarət olub. İki günlük tədbir çərçivəsində Qlobal Paktın icrasında əldə edilmiş tərəqqi nəzərdən keçirilib, müsbət təcrübələr barədə məlumatlar bölüşülüb, icraat üçün maneələr və onların aradan qaldırılması yolları ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə həmçinin Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Fariz Rzayev çıxış edib. Çıxış zamanı Qlobal Paktın icrasında ölkəmiz tərəfindən əldə edilmiş tərəqqi barədə məlumat verilib. Miqrasiya və miqrantlar üçün ağır nəticələr doğurmuş COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş əhəmiyyətli beynəlxalq təşəbbüslər diqqətə çatdırılıb. Miqrasiya sahəsində götürülmüş birgə öhdəliklərin icrası üçün bütün ölkələrin həmrəyliyinə ehtiyac olduğuna diqqət çəkilərək, Ermənistanın siyasi məqsədlər naminə qeyri-qanuni miqrasiyanı illər boyu təşviq etməsinin məyusedici olduğu qeyd edilib, bu ölkənin qanunsuz fəaliyyətləri barədə ətraflı məlumat verilib. ​Çıxışın sonunda Ermənistanın təxribatlarına cavab olaraq görülmüş tədbirlər nəticəsində onun atəşkəsi qəbul etməyə və qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən çıxarmağa məcbur olduğu, bununla da məcburi köçkün soydaşlarımızın öz doğma torpaqlarına qayıtmaları üçün imkan yarandığı diqqətə çatdırılıb.

BMT Baş Assambleyası tərəfindən 2018-ci ilin dekabr ayında dünyanın 152 ölkəsi, o cümlədən Azərbaycanın dəstəyi ilə təsdiq edilmiş Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt hüquqi öhdəlik doğurmayan, beynəlxalq miqrasiyanın bütün aspektlərini hərtərəfli və müfəssəl şəkildə əhatə edən və beynəlxalq miqrasiya problemlərini həll etmək üçün bütün müvafiq tərəflərin (dövlət və qeyri-dövlət aktorların) beynəlxalq tərəfdaşlığı üçün çərçivə təşkil edən mühüm beynəlxalq sənəddir.

S.Xankişiyeva

Paylaş:
572

Son xəbərlər

Mingəçevir məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42
Bütün xəbərlər