Pənahəli xanın nəslindən olan Martin Cavanşiri Polşa Prezidentini Azərbaycanın ədalətli mübarizəsini dəstəkləməyə çağırıb | 1news.az | Xəbərlər
Siyasət

Pənahəli xanın nəslindən olan Martin Cavanşiri Polşa Prezidentini Azərbaycanın ədalətli mübarizəsini dəstəkləməyə çağırıb

23:59 - 13 / 11 / 2020
Pənahəli xanın nəslindən olan Martin Cavanşiri Polşa Prezidentini Azərbaycanın ədalətli mübarizəsini dəstəkləməyə çağırıb

Azərbaycanın böyük maarifçisi Cəlil Məmmədquluzadənin və Qarabağ xanı Pənahəli xanın nəslinin nümayəndəsi Həmidə xanım Cavanşirin nəticəsi, əslən həm polyak, həm də azərbaycanlı olan Martin Cavanşiri Polşa Prezidentinə Azərbaycanın ədalətli mübarizəsini dəstəkləməyə çağıran məktub ünvanlayıb.

Xatırladaq ki, Martin Cavanşiri və Həmidə xanımın kötükcəsi Pşemislav Cavanşiri Polşanın Lodz şəhərində yaşayırlar. AMEA-nın birinci vitse-prezidenti İsa Həbibbəyli uzun illər apardığı araşdırmalardan sonra C.Məmmədquluzadənin davamçılarını tapıb. 2019-cu ildə Martin Cavanşiri İsa Həbibbəylinin təşəbbüsü ilə Azərbaycana gəlib və ulu babası Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı ilə tanış olub. O, həmçinin Azərbaycanın Polşadakı səfirliyi ilə daim sıx əməkdaşlıq edərək bütün tədbirlərə qatılır.

İkinci Qarabağ müharibəsi zamanı Martin Cavanşiri Polşa Respublikasının Prezidenti Andjey Dudaya məktub yazaraq Ermənistanın Azərbaycana hərbi təcavüzündən və müharibə zamanı döyüş zonasından uzaqda yerləşən şəhərlərə, dinc əhaliyə qarşı törətdikləri cinayətlər haqqında məlumat verib, Polşa Prezidentinin Azərbaycan xalqını ədalətli mübarizəsində dəstəkləyəcəyinə ümid etdiyini bildirib.

Martin Cavanşirinin Polşadakı səfirliyimizin xətti ilə AZƏRTAC-a daxil olan məktubunda deyilir:

“Mən əslən həm polyakam, həm də azərbaycanlı. Mənim babamın əsli Naxçıvandan, nənəm isə Qarabağdandır. Nənəm Həmidə xanım Cavanşir sadəcə qarabağlı deyil, Qarabağın xan nəslindəndir. Nənəmin babası Qarabağ xanı olub. Mən polyak olaraq nənəmin xan babasının Cavanşir soyadını daşıyıram. Ulu babam Cəlil Məmmədquluzadə Azərbaycanın görkəmli ictimai xadimi olub. Azərbaycanda onun adını daşıyan şəhər var, onun adı küçələrə verilib, abidələri ucaldılıb”.

Azərbaycan dilini bilmədiyini, babası və nənəsindən fərqli olaraq müsəlman deyil, xristian-katolik olduğunu, bu səbəbdən Azərbaycana çox nigarançılıq hissi ilə getdiyini qeyd edən Martin Cavanşiri yazır ki, Azərbaycanda polyaklara yüksək hörmət və məhəbbətin şahidi olub. Orada Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş polyak Maçey Sulkeviçi unutmurlar. Mənə dedilər ki, Sizin də həm Maçey Sulkeviçə, həm də Polşa ordusunun əslən azərbaycanlı olan polkovniki Vəli bəy Yadigara böyük hörmətiniz var. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə onların şərəfinə Varşavada abidə ucaldılıb. Polşanın şəhər və kəndlərində Azərbaycan-Polşa dostluğunu tərənnüm edən 30-dan çox abidə qoyulub. Bu abidələri də Azərbaycan tərəfinin təşəbbüsü ilə ucaldıblar.

Azərbaycanda çoxlu polyak izləri qorunur. Azərbaycanlılar Bakıda əslən polyak olan Pavel Pototskinin şəhərin mərkəzindəki məzarını qardaşlıq rəmzi olaraq ən əziz xatirə kimi qoruyurlar. Müsəlman şəhəri Bakıda Katolik kilsəsi yerləşir. Orada mənə dedilər ki, böyük polyak II Yan Pavel Bakıda olanda Heydər Əliyev ona bu torpağı hədiyyə verib və orada Katolik kilsəsinin tikintisinə müsbət yanaşıb.

“Hörmətli cənab Prezident, mən Sizə sadəcə öz taleyimi deyil, təmsil etdiyim iki xalq, polyak və Azərbaycan xalqlarını qardaşlaşdıran məqamlardan danışdım. Mənim nənəmin vətəni Qarabağ Ermənistan tərəfindən zəbt olunub. BMT-nin Təhlükəsizlik Şurası Ermənistandan tələb edib ki, o torpaqları azad etsin. Lakin 27 ildir ki, Ermənistan bunu etmir. Azərbaycan xalqı bu işi özü etməyə məcbur olub. Hansı xalq dözər ki, onun torpaqları yad əlində qalsın”, - deyə məktubda vurğulanır.

Martin Cavanşiri məktubunda xatırladır ki, son günlərdə Qarabağda gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələri mülki yaşayış məntəqələrini və cəbhə bölgəsindən uzaq olan Gəncə şəhərini atəşə tutdular. Hər hansı bir qarşıdurmada hər iki tərəfdən mülki əhalinin çox əziyyət çəkdiyini başa düşürəm. Ancaq unutmayaq ki, müharibə Azərbaycan Respublikasının ərazisində gedir və ən çox əziyyət çəkənlər də onun mülki vətəndaşlarıdır.

Məktubda daha sonra deyilir: “Az da olsa, bəzən eşidilir ki, polyaklar xristian olduqları üçün gərək xristian-ermənilər tərəfində dayanıb müsəlman azərbaycanlılara qarşı çıxsınlar. Düşünürəm ki, bu, ancaq məni deyil, milyonlarla namuslu polyakı narahat edir. Axı biz xalq olaraq gərək ədalətin tərəfində olaq”.

Martin Cavanşiri Polşa Prezidentinə məktubunu bu sözlərlə tamamlayır: “İnanıram ki, Siz Azərbaycan xalqının ədalətli mübarizəsini dəstəkləyəcəksiniz”.

S.Xankişiyeva

 

Paylaş:
707

Son xəbərlər

Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42
Bütün xəbərlər