Qarabağda atəşkəsdən sonrakı vəziyyətlə bağlı Türkiyə-Rusiya müzakirələri yekunlaşdı
Dağlıq Qarabağda əldə edilən atəşkəs razılaşmasından sonra görüləcək işlərlə əlaqədar Ankaraya səfər edən Rusiya nümayəndə heyətilə texniki görüşlər başa çatıb.
1news.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qarabağda əldə edilən atəşkəs razılaşmasından sonra Türkiyə və Rusiya hərbi heyətinin birgə texniki fəaliyyətinə dair müzakiərələr başa çatıb və Rusiya nümayəndə heyət artıq Moskvaya yollanıb. Türkiyə Müdafiə Nazirliyi yaxın günlərdə müzakirələrin davam edəcəyini bildirib.
1news.az
658