Qələbə münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir | 1news.az | Xəbərlər
Rəsmi

Qələbə münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

21:12 - 14 / 11 / 2020
Qələbə münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

“GEMMS” Qrupun layihə rəhbəri Panos Protopsaltisdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

"Əziz Prezident Əliyev.

Azərbaycanın tarixində çox əhəmiyyətli qələbə olan Qarabağın işğaldan azad olunması münasibətilə Sizi təbrik edirəm. Bu böyük Qələbə Sizin uzaqgörənliyiniz, müdrik rəhbərliyiniz və dəqiq planlarınız, həmçinin cəsarətiniz, qətiyyətiniz və son məqsədə çatmağa olan qəti inamınız sayəsində əldə edilib.

Siz 44 gün ərzində 30 il müddətində əlçatmaz olaraq qalan bir uğura imza atmısınız.

Mən bu tarixi hadisə zamanı Azərbaycanda olmaqdan, beləliklə, insanlar arasında artan qürur, coşqu və razılıq hissinə şahidlik etməkdən şərəf duyuram. İndi hamı birləşib və gələcək barədə nikbindir. Sabaha baxarkən Siz artıq işğaldan azad olunan ərazilərin inkişaf etdirilməsi üçün kənd təsərrüfatı, mədəniyyət və turizmdən tutmuş müasir infrastruktura yatırım etməklə qarşıya yeni hədəflər qoyaraq vətəndaşlarınıza yeni ilham verirsiniz. Mən Sizə işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutduğunuz planların tam reallaşmasını arzu edirəm.

Mən ikinci vətənim hesab etdiyim, 7 möhtəşəm il keçirdiyim Azərbaycanı həmişəlik mənimlə qalacaq gözəl xatirələrlə tərk edirəm. Əmin ola bilərsiniz ki, gələcəkdə də əlaqələrimiz davam edəcək və Sizin sərəncamınızda olacağam.

Bu həqiqətdir ki, dünyada pandemiya da daxil olmaqla, qarşıda ciddi çağırışlar var. Mən tam əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan bu çağırışların öhdəsindən layiqincə gələcək, regionda və daha geniş coğrafiyada yeni paradiqmaları ilə nümunə olacaq və daim rifah içində yaşayacaq".

X X X

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Sizi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından böyük, tarixi Qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Azərbaycanın əzəli torpaqlarının işğalçılardan təmizlənməsi Sizin dövlətə, dövlətçiliyə olan ehtiramınızın, müdrik siyasətinizin, möhkəm və yenilməz iradənizin nəticəsidir.

Sizin söylədiyiniz “Bizim gücümüz birliyimizdədir” fikri Vətənin keçdiyi bu şərəfli, çətin sınaq zamanında Azərbaycan xalqına güc vermiş, onda inam yaratmış, sarsılmaz birliyin rəmzinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpa edilməsi, ərazi bütövlüyünün təmin olunması naminə yorulmaz fəaliyyətinin bu gün Sizin tərəfinizdən davam etdirilməsi nəticəsində Azərbaycan bütün dünyaya öz ərazi bütövlüyünə, öz dəyərlərinə sahib çıxdığını göstərmişdir. İmza atdığınız bu tarixi uğur yalnız Azərbaycanın deyil, ümumilikdə bütün Türk Dünyasının böyük tarixi uğurudur.

Əminəm ki, Azərbaycanın işğalçı qüvvələr tərəfindən məhv edilən, təhqir olunan bəşəri mahiyyətli tarixi, mədəni abidələri, memarlıq və incəsənət nümunələri Sizin rəhbərliyinizlə yenidən öz əsrarəngiz gözəlliyini bərpa edəcəkdir. Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski və bir çox böyük sənətkarların vətəni olan Qarabağ torpağı öz işıqlı və gözəl günlərinə qayıdacaqdır.

Torpaqlarımızın hər qarışının azad edilməsi uğrunda xüsusi rəşadət göstərən Azərbaycan Ordusuna təşəkkürlərimi bildirir, qorxmadan, cəsarətlə Vətən uğrunda canını qurban verən şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik.

Fürsətdən istifadə edərək, bu möhtəşəm Qələbə münasibətilə Sizi bir daha təbrik edir, Azərbaycanın inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq".

S.Xankişiyeva

 

Paylaş:
417

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər