Putin İlham Əliyev və Paşinyanla Qarabağdakı vəziyyəti müzakirə etdi | 1news.az | Xəbərlər
Siyasət

Putin İlham Əliyev və Paşinyanla Qarabağdakı vəziyyəti müzakirə etdi

22:16 - 14 / 11 / 2020
Putin İlham Əliyev və Paşinyanla Qarabağdakı vəziyyəti müzakirə etdi

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışıqları aparıb.

Kremlin mətbuat xidmətindən verilən məlumata görə, telefon danışıqları çərçivəsində o, Dağlıq Qarabağla bağlı razılaşmaların həyata keçirilməsinin aspektlərini müzakirə edib.

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında müntəzəm telefon danışıqları zamanı 9 noyabr tarixli Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatda qeyd olunan razılaşmaların həyata keçirilməsinin praktik aspektləri müzakirə edildi. Atəşkəsə əməl olunmasından və təmas xəttindəki vəziyyətin kifayət qədər sakit olmasından məmnun olduqlarını ifadə etdilər” – deyə, məlumatda bildirilir.

RİA Novosti-nin verdiyi məlumata görə, Vladimir Putin İlham Əliyevlə söhbətində Azərbaycanın nəzarətinə keçən bölgələrdəki xristian kilsələrinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğuladı. Azərbaycan Respublikasının Prezidenti Pravoslav kilsələrinin və monastırlarının qorunmasının vacibliyini başa düşdüyünü bildirdi.

S.Xankişiyeva

 

Paylaş:
799

Son xəbərlər

Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42Azərbaycanın Xalq rəssamı vəfat edibBu gün, 09:35Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıbBu gün, 09:29Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:18AMB noyabrın son valyuta məzənnələrini açıqladıBu gün, 09:10Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:05Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22
Bütün xəbərlər