Hikmət Hacıyev: Ermənilərin Ağdam və Laçından çıxarılması vaxtı olduğu kimi saxlanılır

Qrafikə uyğun olaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri təhvil verilir. Ağdamdan 20 noyabr, Laçından isə ermənilərin çıxarılması nəzərdə tutan vaxt dekabrın 1-dək olduğu kimi saxlanılır.
1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, bircə Kəlbəcərlə bağlı bu zaman 15 noyabrdan 25 noyabradək uzadılıb.
S.Xankişiyeva
477