Ceyhun Bayramov ilə Lavrov Qarabağdakı vəziyyəti müzakirə edib | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov ilə Lavrov Qarabağdakı vəziyyəti müzakirə edib

17:00 - 15 / 11 / 2020
Ceyhun Bayramov ilə Lavrov Qarabağdakı vəziyyəti müzakirə edib

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov telefon danışığı zamanı BMT-nin Qaçqınlar üzrə idarəsini, UNESCO və BQXK-ni Dağlıq Qarabağdakı humanitar vəzifələrin həllinə cəlb olunmasının vacibliyini təsdiqləyiblər

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlərin telefon danışığı noyabrın 15-də, bazar günü Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutub.

“Nazirlər həmçinin münaqişədən sonrakı yenidənqurma, humanitar öhdəliklərin həlli və bölgədəki dini və mədəni irsin qorunması üçün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin İnkişaf Proqramı, UNESCO və Beynəlxalq Qırmızı Xaç Komitəsi də daxil olmaqla, beynəlxalq təşkilatların fəal iştirakının vacibliyini təsdiqləyiblər” - Rusiya Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunur.

S.Xankişiyeva

 

 

Paylaş:
716

Son xəbərlər

Bütün xəbərlər