Türkiyə Böyük Millət Məclisinin üzvləri Tərtər və Bərdəyə səfər ediblər | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə Böyük Millət Məclisinin üzvləri Tərtər və Bərdəyə səfər ediblər

18:32 - 15 / 11 / 2020
Türkiyə Böyük Millət Məclisinin üzvləri Tərtər və Bərdəyə səfər ediblər

Türkiyə Böyük Millət Məclisinin İnsan hüquqları komitəsinin sədri Hakan Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti Tərtər və Bərdə rayonlarına gəlib.

1news.az-ın Trend-ə istinadən Bərdə rayonunda olan müxbirinin verdiyi məlumata görə, nümayəndə heyəti cəbhə bölgəsində yerləşən Tərtərin mərkəzi küçələrində və Şıxarx qəsəbəsində Ermənistan silahlı qüvvələrinin top, qrad və raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olub.

Nümayəndə heyətinə məlumat verilib ki, döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri şəhər və kəndləri, eləcə də cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alıb.

Türkiyə Böyük Millət Məclisinin hüquq komitəsinin sədri H.Çavuşoğlu bildirib ki, Ermənistan ərazisindən Tərtər rayonu məqsədli şəkildə ballistik raketlər və artilleriya atəşə tutulub. Nəticədə 3 mindən çox mülki obyektə ziyan deyib. 17 nəfər mülki şəxs ölüb.

Həmçinin bildirilib ki, belə müharibə cinayətlərindən biri də Bərdədə törədilib. Oktyabrın 27-də və 28-də Bərdə şəhərinin beynəlxalq səviyyədə qadağan edilmiş silahlarla atəşə tutulması nəticəsində 1 uşaq, 8 qadın olmaqla 27 dinc sakin həlak olub, çoxlu sayda mülki şəxs xəsarət alıb. Ümumilikdə Bərdə rayonunda 31 nəfər ölüb".

Türkiyə nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin ailə üzvləri də görüşüblər.

1news.az

Paylaş:
507

Son xəbərlər

Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42Azərbaycanın Xalq rəssamı vəfat edibBu gün, 09:35Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıbBu gün, 09:29Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:18AMB noyabrın son valyuta məzənnələrini açıqladıBu gün, 09:10Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:05Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22
Bütün xəbərlər