Paşinyan daha bir yüksək vəzifəli məmuru işdən azad etdi | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan daha bir yüksək vəzifəli məmuru işdən azad etdi

14:36 - 16 / 11 / 2020
Paşinyan daha bir yüksək vəzifəli məmuru işdən azad etdi

Ermənistan Yüksək Texnologiya Sənayesi Nazirliyinin Hərbi-Sənaye Komitəsinin sədri Artak Davtyan vəzifəsindən azad edilib.

1news.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan qərar imzalayıb.

A.Davtyan komitə sədri vəzifəsinə iyulun 17-də təyin olunmuşdu. Bundan əvvəl o, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi vəzifəsini daşıyırdı.

Qeyd edək ki, A.Davtyan baş qərargah rəisi vəzifəsindən də qalmaqalla ayrılmışdı. O, iyunun 7-də sərt karantin müddətində oğluna toy etdiyi üçün istefa vermişdi.

1news.az

Paylaş:
831

Son xəbərlər

Bütün xəbərlər