Putin və Makron Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib | 1news.az | Xəbərlər
Siyasət

Putin və Makron Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib

17:32 - 16 / 11 / 2020
Putin və Makron Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib

Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, V.Putin bölgədə vəziyyətin stabilləşməsi barədə həmkarını məlumatlandırıb.

Liderlər, həmçinin ATƏT Minsk qrupu həmsədrləri xətti ilə işlərin əlaqələndirilməsinə hazır olduqlarını bəyan ediblər.

1news.az

Paylaş:
622

Son xəbərlər

Bütün xəbərlər