Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub

22:06 - 16 / 11 / 2020
Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub

Noyabrın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən 1news.az-a bildiriblər ki, nazirlər bölgədəki son vəziyyəti, o cümlədən üçtərəfli bəyanatın həyata keçirilməsi, razılaşmadan irəli gələn bir sıra məsələlər, eləcə də humanitar xarakterli məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

S.Xankişiyeva

 

Paylaş:
417

Son xəbərlər

Bütün xəbərlər