Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb

15:38 - 17 / 11 / 2020
Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb

17 noyabr 2020-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali ilə görüşüb.

Xarici İşlər Nazirliyindən 1news.az-a bildirilib ki, görüş zamanı xarici işlər naziri Ceyhun Bayramov qonağı salamlayıb, Beynəlxalq Türk Akademiyasının fəaliyyətinin türkdilli ölkələr arasında əməkdaşlıq əlaqələrini gücləndirilməsinə xidmət etdiyini qeyd edib. Nazir Akademiyanın türk dünyası irsinin, tarixinin və mədəniyyətinin araşdırılmasında apardığı işlərin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini ifadə edib.

Nazir Ceyhun Bayramov Azərbaycan tarixinin xüsusi dövrünü yaşadığını qeyd edərək bu zaman çərçivəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən beynəlxalq təşkilatlar sırasında olan Beynəlxalq Türk Akademiyasına təşəkkürünü ifadə edib və bu dəstəyin həmişə ölkəmiz tərəfindən xüsusi minnətdarlıqla xatırlanacağını vurğulayıb.

Darxan Kıdırali bu səfərin hərbi toqquşmaların davam etdiyi bir vaxtda planlaşdırıldığını, lakin qələbəyə təsadüf etməsinin məmnunluq doğurduğunu bildirib. O, bütün hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatı alqışlayıb və bu xüsusda Beynəlxalq Türk Akademiyası adından təbriklərini ifadə edib. Darxan Kıdırali şəhidlərimizə dərin hüznlə rəhmət və yaralılara şəfa diləyib.

O, Qazaxıstan Respublikasının hökuməti ilə Türk Akademiyası arasında Türk Akademiyasının yerləşdirilməsi şərtləri və qaydaları haqqında saziş imzalanıldığını nazirin diqqətinə çatdırıb. Darxan Kıdırali Türk Akademiyasının yeni nəşrlərini nazirə təqdim edib.

Nazir Ceyhun Bayramov Akademiyanın yeni nəşrlərinin türk dünyası üçün dəyərli töhfə olduğunu bildirib. Nazir, həmçinin Qazaxıstan Respublikasının hökuməti ilə Türk Akademiyası arasında sazişin imzalanması və beləliklə də Akademiyanın tam fəaliyyətə keçməsi üçün hüquqi proseduraların yekunlaşması münasibətilə qarşı tərəfi təbrik edib.

Görüş zamanı tərəflər, habelə Türk Akademiyasının gələcək layihələri və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Qafar Ağayev

Paylaş:
411

Son xəbərlər

Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42Azərbaycanın Xalq rəssamı vəfat edibBu gün, 09:35Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıbBu gün, 09:29Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:18AMB noyabrın son valyuta məzənnələrini açıqladıBu gün, 09:10Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:05Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20
Bütün xəbərlər