Ermənistan prezidenti: "Hakimiyyət milli razılıq hökumətinə keçməlidir" | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan prezidenti: "Hakimiyyət milli razılıq hökumətinə keçməlidir"

09:45 - 17 / 11 / 2020
Ermənistan prezidenti: "Hakimiyyət milli razılıq hökumətinə keçməlidir"

Ermənistan prezidenti Armen Sarkisyan hazırkı vəziyyətdə növbədənkənar parlament seçkilərinin, eləcə də baş nazirin istefasının qaçılmaz olduğunu bildirib.

1news.az xəbər verir ki, prezident bu sözləri xalqa müraciətində səsləndirib.

Onun sözlərinə görə, Ermənistan həm müharibə meydanında, həm də diplomatik arenada məğlub olub. Prezident hökuməti və hakim qüvvələri öz potensiallarını obyektiv qiymətləndirməyə, qısa müddətdə konstitusiya proseslərinin aparılması üçün yol xəritəsini təqdim etməyə çağırıb. Bu proseslər nəticəsində yeni seçkilərin keçirilməsi mümkün olacaq, buna qədər isə ölkə hakimiyyəti yüksək ixtisaslı milli razılıq hökumətinə verilməlidir.

"Mövcud vəziyyəti və ondan ləyaqətlə çıxmağın, eləcə də ictimai tələbləri dinləməyin zəruriliyini nəzərə alsaq, o zaman aydın olur: ölkəni fəsadlardan xilas etmək üçün Milli Məclisə erkən seçkilərin keçirilməsi qaçılmaz olacaq", - deyə prezident bildirib.

Sarkisyanın fikrincə, son bir neçə gün ərzində parlament nümayəndələri və parlamentdən kənar qüvvələrlə, ictimai qruplar və şəxslərlə bir neçə görüşlər keçirib. Diaspor nümayəndələri ilə telefon danışıqları aparıb və onunla siyasi məsləhətləşmələr aparan görüş iştirakçılarının mütləq əksəriyyəti bir məsələdə - hökumətin istefası və ya Nazirlər Kabinetinin səlahiyyətlərinə xitam verilməsi və erkən parlament seçkilərinin keçirilməsi mövzusunda eyni fikirdədir.

"İclaslarda iştirak edənlərin böyük əksəriyyəti baş nazirin istefası və ya səlahiyyətlərinin ləğvi və konstitusiyaya uyğun olaraq erkən parlament seçkilərinə ehtiyac olduğu qənaətində idi", - deyə prezidentin saytında yerləşdirilən müraciətdə qeyd edilib.

Xatırladaq ki, İrəvanda bir neçə gündür müxalifətin mitinqləri keçirilir, etirazçılar Nikol Paşinyanın istefasını tələb edirlər.

1news.az

Paylaş:
781

Son xəbərlər

DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06
Bütün xəbərlər