Putin: Ermənistanın Qarabağla bağlı razılaşmadan imtina etməsi intihar olardı | 1news.az | Xəbərlər
Siyasət

Putin: Ermənistanın Qarabağla bağlı razılaşmadan imtina etməsi intihar olardı

22:40 - 17 / 11 / 2020
Putin: Ermənistanın Qarabağla bağlı razılaşmadan imtina etməsi intihar olardı

Ermənistanın Qarabağla bağlı hazırkı razılaşmadan imtina etməsi ölkə üçün intihar olardı.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə “Rossiya-24” telekanalına müsahibəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, razılaşmadan imtina böyük səhv olardı.

“Qarabağ məsələsində Türkiyəyə hər hansı bir qiymət verə bilərsiniz, ancaq beynəlxalq hüququ pozmaqda günahlandırıla bilməz” – deyə Rusiya prezidenti bildirib.

O, qeyd edib ki, Bakı özü monitorinq mərkəzinin harada yerləşəcəyinə qərar verəcək.

“Qarabağdakı Rusiya Federasiyasının sülhməramlı kontingentinin sayı kifayət qədərdi. Sülhməramlıların sayının artırılması yalnız tərəflərin razılığı əsasında mümkündür”.

S.Xankişiyeva

 

Paylaş:
712

Son xəbərlər

Bütün xəbərlər