Hikmət Hacıyev “Twitter” profilinin bərpasına görə hər kəsə təşəkkür etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Hikmət Hacıyev “Twitter” profilinin bərpasına görə hər kəsə təşəkkür etdi

09:39 - 18 / 11 / 2020
Hikmət Hacıyev “Twitter” profilinin bərpasına görə hər kəsə təşəkkür etdi

"Əziz dostlar erməni lobbi dairələrinin şikayəti əsasında fəaliyyəti dayandırılmış "Twitter" profilimin bərpası üçün göstərdiyiniz qəti dəstəyə görə hər birinizə təşəkkür edirəm". 

1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitterdəki hesabında yazıb.

"Ali Baş Komandan, Prezident İlham Əliyev dediyi kimi "Biz Birlikdə Güclüyük"! Mübarizəmiz davam edir!"" - deyə, H.Hacıyev fikirlərinə əlavə edib.

Qafar Ağayev

Paylaş:
605

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər