Lavrov: Qarabağda atəşin dayandırılması məsələsi ABŞ-ın iştirakı ilə həll olunub
Dağlıq Qarabağda atəşin dayandırılması məsələsi həm ABŞ, həm də Fransanın iştirakı ilə həll olunub.
1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, bu ölkələrin ATƏT Minsk qrupunun həmsədri qismində mövqeləri qərarlar qəbul edilərkən nəzərə alınıb.
S.Lavrov əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi mövzusunda ABŞ və Fransa nümayəndələri ilə təmaslar zamanı sezilən “incidilmiş heysiyyət” hissi təəssüf doğurur:
“Mən amerikalı və fransalı həmkarlarıma təmas qurarkən, eləcə də prezident Makronun prezident Putinlə təmaslarında son günlərdə bu mövzuda heysiyyətlərinin incidildiyi sezilir. Bu hal təəssüf doğurur”.
1news.az
495