Dünyada koronavirusa yoluxanların sayı 536 mindən çox artıb | 1news.az | Xəbərlər
Dünya

Dünyada koronavirusa yoluxanların sayı 536 mindən çox artıb

11:29 - 19 / 11 / 2020
Dünyada koronavirusa yoluxanların sayı 536 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 536 mindən çox artıb.

1news.az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 536 224 nəfər yeni koronavirusa yoluxub, 9 220 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 55 326 907, ölənlərin isə 1 333 742 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

1news.az

Paylaş:
514

Son xəbərlər

Bütün xəbərlər