“Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər təsdiqlənib
Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanunda əksini tapıb.
Qanunda yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və övladlığa götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna hesab olunub.
S.Xankişiyeva