İşğaldan azad edilmiş ərazilərdə Əlaqələndirmə Qərargahı yaradıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 2020-ci il noyabrın 10-da imzaladıqları Bəyanatda nəzərdə tutulmuş müddəaların icrasından irəli gələn, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə aşağıdakı tərkibdə Əlaqələndirmə Qərargahı (bundan sonra - Qərargah) yaradılsın:
Qərargahın rəhbəri
Samir Nuriyev - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
Qərargahın üzvləri
Zeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri
Şahmar Mövsümov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
Hikmət Hacıyev - Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Anar Ələkbərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi
Gündüz Kərimov - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Elçin Əmirbəyov - Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Xalid Əhədov - Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Emin Hüseynov - Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Kamran Əliyev - Azərbayan Respublikasının Baş prokuroru
Vilayət Eyvazov - Azərbaycan Respublikasının daxili işlər naziri
Muxtar Babayev - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Fikrət Məmmədov - Azərbaycan Respublikasının ədliyyə naziri
Sahil Babayev - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Ceyhun Bayramov - Azərbaycan Respublikasının xarici işlər naziri
Mikayıl Cabbarov - Azərbaycan Respublikasının iqtisadiyyat naziri
İnam Kərimov - Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri
Zakir Həsənov - Azərbaycan Respublikasının müdafiə naziri
Ramin Quluzadə - Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri
Emin Əmrullayev - Azərbaycan Respublikasının təhsil naziri
Anar Quliyev - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Rövşən Rzayev - Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Elçin Quliyev - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi
Əli Nağıyev - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Orxan Sultanov - Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi
Anar Kərimov - Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini
Rəşad Nəbiyev - "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin sədri
2. Qərargahın nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstək göstərilməsi məqsədilə İdarələrarası Mərkəz yaradılsın.
1news.az