Dünyada koronavirusa yoluxanların sayı 542 mindən çox artıb | 1news.az | Xəbərlər
Dünya

Dünyada koronavirusa yoluxanların sayı 542 mindən çox artıb

09:25 - 24 / 11 / 2020
Dünyada koronavirusa yoluxanların sayı 542 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 542 mindən çox artıb.

1news.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 542 757 nəfər yeni koronavirusa yoluxub, 7 825 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 58 425 681, ölənlərin isə 1 385 218 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

1news.az

Paylaş:
684

Son xəbərlər

Bütün xəbərlər