Milli Məclisdə Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatı qəbul edilib | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisdə Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatı qəbul edilib

13:10 - 26 / 11 / 2020
Milli Məclisdə Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatı qəbul edilib

Milli Məclisin bu gün keçirilən iclasında Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatı qəbul edilib.

1news.az xəbər verir ki, sənədin mətnini deputat Cavanşir Feyziyev təqdim edib.

Bəyanatda deyilir: “2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin imzaladığı bəyanat Dağlıq Qarabağ münaqişəsinə son qoymuşdur. Bu üçtərəfli bəyanat BMT TŞ-nin qəbul etdiyi və Fransanın da dəstəklədiyi 4 qətnamənin icrası deməkdir. Bu bəyanat eyni zamanda digər mötəbər beynəlxalq qurumların qəbul etdiyi sənədlərin icrasını təmin edib. Milli Məclis yaradılan yeni reallıqların hər kəs tərəfindən qəbul olunmalı olduğunu xatırladır. Azərbaycan Respublikası hökumətinə aşağıdakı təkliflərlə çağırış edir:

1. Son günlər tutduğu mövqe ilə bitərəfliyini şübhə altına qoyan Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən geri çağırılması üçün ATƏT rəhbərliyinə müraciət edilsin;

2. Azərbaycan Respublikası və Fransa Respublikası arasında mövcud siyasi münasibətlərə yenidən baxılsın;

3. Azərbaycan və Fransa hökumətləri arasında iqtisadi münasibətlərə yenidən baxılsın, dərindən təhlil edilsin və müvafiq tədbirlər görülsün".

Sənəd səsə qoyularaq, qəbul edilib.

1news.az

Paylaş:
562

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər