İqor Korotçenko: “Bakıda keçirilən “ADEX” sərgisi dünya səviyyəli tədbirlərdən biridir” - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Müsahibə

İqor Korotçenko: “Bakıda keçirilən “ADEX” sərgisi dünya səviyyəli tədbirlərdən biridir” - FOTO - VİDEO

18:39 - 10 / 12 / 2020
İqor Korotçenko: “Bakıda keçirilən “ADEX” sərgisi dünya səviyyəli tədbirlərdən biridir” - FOTO - VİDEO
Hərbi ekspert, “Natsionalnaya Oborona” (“Milli Müdafiə”) jurnalının baş redaktoru İqor Korotçenko ilə eksklüziv müsahibə:


- Rusiyanın “Natsionalnaya Oborona” (“Milli Müdafiə") jurnalı “ADEX” sərgisini dəstəkləyən ilk xarici tərəfdaşlardan biridir. Siz sərgidə olmusunuz. Təəssüratlarınız ilə bölüşə bilərsinizmi?


- “ADEX” sərgisi beynəlxalq ekspert və jurnalistlərdə, eləcə də 2016-cı ildə keçirilmiş bu silah sərgisində iştirak etmiş Rusiya müdafiə sənayesinin nümayəndələrində xoş təəssürat yaratmışdır.

İlk öncə qeyd etmək lazımdır ki, sözügedən sərgi bu qəbildən olan tədbirlər üzrə yüksək meyarlara tam cavab verir. Sərgi yüksək səviyyəli hazırlıq, yaxşı maddi-texniki təchizat, məkan və ən əsası, həm Azərbaycan hərbi sənaye kompleksinin, həm də dünyanın aparıcı hərbi sənaye şirkətlərinin malik olduğu imkanların genişmiqyaslı təqdimatıdır. Yəni deyə bilərik ki, Bakıda keçirilən “ADEX” sərgisi həm təqdim olunan ekspozisiyaların miqyası, həm də təşkilatçılıq səviyyəsi baxımından bu gün dünya səviyyəli tədbirlərdən biridir və mən əminəm ki, bu sərginin nüfuzu getdikcə böyüyəcək və “ADEX” sərgisi müasir silahların aparıcı alıcıları və istehsalçılarının görüşərək danışıqlar aparacağı və müqavilələr imzalayacağı platformalardan birinə çevriləcəkdir.


- Müasir ordu quruculuğu və modernləşdirilməsi prosesində müdafiə sərgiləri nə kimi rol oynayır?

- Ümumilikdə, müdafiə sərgiləri müasir ordu və donanmanın modernləşdirilməsi və yaradılmasında çox vacib rol oynayır. Bu, ilk növbədə onunla bağlıdır ki, bu cür tədbirlər silah alıcıları və istehsalçıları arasında birbaşa dialoqa imkan yaradır. Bu cür sərgilərə gələn nümayəndə heyətlərinin əsas hədəfləri odur ki, müəyyən silah seqmentində ən yaxşı məhsulu görmək, müasir silahların texniki xüsusiyyət və imkanları barədə suallar vermək və əlbəttə ki, həm ilkin, həm də artıq müqavilələrin imzalanması ilə nəticələnən danışıqlar aparmaqdır. Sözsüz ki, bütün dünyada silah sərgiləri həm də bu cür tədbirlərə ev sahibliyi edən ölkənin nüfuzunu göstərir. Bu baxımdan, Azərbaycanın yüksək beynəlxalq nüfuzu bu gün müasir dünyada keçirilən aparıcı silah sərgilərindən biri olan “ADEX” sərgisinin nüfuzu ilə daha da möhkəmlənir.

- Qlobal müdafiə sənayesinin inkişafını necə görürsünüz və yaxın gələcəkdə keçiriləcək sərgilərdə, xüsusən də “ADEX 2022” sərgisində hansı ekspozisiyaları görə bilərik?

- Əlbəttə, bu gün qlobal müdafiə sənayesinin inkişafı koronavirus pandemiyasından dolayı ciddi şəkildə ləngiyir. Lakin mən tam əminəm ki, yaxın altı ay və ya maksimum bir il ərzində koronavirus problemləri dünyanın bütün ölkələrində əhalinin kütləvi şəkildə peyvəndlənməsi sayəsində həll olunacaq və hər yerdə hərəkət və təmas məhdudiyyətləri aradan qaldırıldığı üçün silah sərgiləri də yenidən öz işinə başlaya biləcək, müasir silah salonu olan sərgi (əsas ölkə bazarlarında istehsalçıların marketinq və təşviqat elementi olaraq) yenidən tam fəaliyyət göstərəcəkdir. Bu baxımdan güman edirik ki, 2022-ci ildə Bakıda keçirilməsi gözlənilən növbəti “ADEX” sərgisi həm Azərbaycanı, həm də bölgənin digər ölkələrini müasir silah sistemləri və hərbi texnikanın alıcısı kimi nəzərdən keçirən hər kəs üçün müasir silah bazarında güclü sıçrayış olacaq. Rusiya “ADEX 2022” sərgisində böyük ekspozisiya ilə iştirak edəcək və bu ekspozisiyaya Rusiyanın bütün seqmentlər üzrə ən iri silah istehsalçıları və ixracatçıları rəhbərlik edəcək.


Zənnimcə, bu gün İkinci Qarabağ müharibəsindəki qələbədən sonra öz ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan etibarlı HKM (hava və kosmik müdafiə) sistemi yaratmaq üçün ilk növbədə müasir qırıcılar, eləcə də müasir hava hücumundan müdafiə (HHM) sistemləri əldə etməli və hadisələrin gedişatının geri sayımının, eləcə də Azərbaycanın maraqlarına yenidən qəsd etmək cəhdlərinin qarşısını birdəfəlik almalıdır. Bu baxımdan, artıq Azərbaycana dəyəri 5 milyard dollardan çox olan silah tədarük etmiş Rusiya Federasiyası yeni müqavilələr imzalamağa, yeni danışıqlar aparmağa və yenidən müasir silah sistemlərini təchiz etməyə, bir sözlə, Azərbaycanın təhlükəsizliyini, suverenliyini və Silahlı Qüvvələrini daha da gücləndirmək üçün lazım olan dəstəyi göstərməyə hazırdır.
Paylaş:
1806

Sizin üçün xəbərlər

Son xəbərlər

Laborator analizlərin nəticələrini “mygov” rəqəmsal hökumət platformasından əldə etmək mümkündürBu gün, 12:23Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17NİİM-dən yollarda diqqətsizlik və məsuliyyətsiz edənlərə ÇAĞIRIŞ - VİDEOBu gün, 11:11Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi - FOTOBu gün, 10:53Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”Bu gün, 10:49Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedibBu gün, 10:10Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunubBu gün, 10:09Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTOBu gün, 09:55DİN: Ötən gün axtarışda olan 126 nəfər saxlanılıbBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26“Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin qalası olub - FOTOBu gün, 09:21Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13Bakıda sıxlıq olan küçə və prospektlər açıqlandı - SİYAHIBu gün, 09:11OCCRP - jurnalistika pərdəsi altında ABŞ-nin təbliğat aləti03 / 12 / 2024, 21:34Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyasına başlanılıb - ŞƏRTLƏR03 / 12 / 2024, 18:41
Bütün xəbərlər