Çempionlar Liqasında 1/8 final cütləri müəyyənləşdi
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
1news.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlayan tədbirdə 16 komanda 8 cüt təşkil edib.
Qrup mərhələsinin qalibləri səpələnmiş, ikinci yer sahibləri səpələnməmişlər səbətində olub. Qrup qalibləri ilk matçı səfərdə keçirəcək.
"Borussiya" (Mönhenqladbax, Almaniya) - "Mançester Siti" (İngiltərə)
"Latsio" (İtaliya) - "Bavariya" (Almaniya)
"Atletiko" (İspaniya) - "Çelsi" (İngiltərə)
"Leypsiq" (Almaniya) - "Liverpul" (İngiltərə)
Porto" (Portuqaliya) - "Yuventus" (İtaliya)
"Barselona" (İspaniya) - PSJ (Fransa)
"Sevilya" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya)
"Atalanta" (İtaliya) - "Real" (İspaniya)
Qeyd edək ki, 1/8 finalın ilk oyunları 2021-ci il fevralın 16-17-də və 23-24-də, cavab görüşləri martın 9-10-da və 16-17-də keçiriləcək.
1news.az