Pakistanın Prezidenti və birinci xanımı Heydər Əliyev Fondunun dəstəyi ilə İslamabadda fiziki qüsurlu şəxslər üçün keçirilən əlil arabalarının təqdim olunması mərasimində iştirak ediblər | 1news.az | Xəbərlər
Siyasət

Pakistanın Prezidenti və birinci xanımı Heydər Əliyev Fondunun dəstəyi ilə İslamabadda fiziki qüsurlu şəxslər üçün keçirilən əlil arabalarının təqdim olunması mərasimində iştirak ediblər

17:24 - 30 / 12 / 2020
Pakistanın Prezidenti və birinci xanımı Heydər Əliyev Fondunun dəstəyi ilə İslamabadda fiziki qüsurlu şəxslər üçün keçirilən əlil arabalarının təqdim olunması mərasimində iştirak ediblər

Pakistan Prezidentinin Sarayında Heydər Əliyev Fondunun dəstəyi ilə 100 nəfər fiziki qüsurlu şəxsin hər birinin bədən ölçülərinə uyğun xüsusi olaraq hazırlanmış əlil arabaları təqdim edilib, eləcə də, qüsusrlu şəxslərin rəsm əsərlərinin və əl işlərinin sərgisi təşkil olunub.

1news.az-ın verdiyi xəbərə görə, tədbirdə Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi və birinci xanımı Samina Alvi, dövlət rəsmiləri, millət vəkilləri, tanınmış ictimai-siyasi xadimlər, media nümayəndələri iştirak ediblər.

Pakistan Prezidenti və birinci xanımı, eləcə də digər iştirakçılar fiziki qüsurlu şəxslərin rəsm əsərləri və əl işləri sərgisinə baxış keçiriblər.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından mərasim iştirakçılarını salamlayan Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə, Azərbaycan Respublikasında bütün fiziki qüsurlu şəxslərin hüquq və azadlığının, onların müdafiəsinin, layiqli həyat şəraiti ilə təmin olunmasının ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edildiyini, onların rahat yaşayış və rifahının təmin olunmasının Azərbaycan hökumətinin tam nəzarətində olduğunu bildirib. Səfir qeyri-hökümət təşkilatı kimi fəaliyyət göstərən Heydər Əliyev Fondunun da Azərbaycanda və xaricdə fiziki qüsurlu şəxslərin müdafiəsi sahəsindəki rolunu qeyd edərək, Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Hilal-e-Pakistan ordenilə də təltif olunmuş, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Heydər ƏIiyev Fondunun Azərbaycanda və Pakistan da daxil olmaqla bir sıra digər ölkələrdə təhsil, səhiyyə, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirməyə davam etdiyini vurğulayıb. Əli Əlizadə xeyriyyə layihələrini dəstəklədiyinə və Azərbaycan – Pakistan münasibətlərinə göstərdiyi xüsusi diqqətə görə Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Səfir fiziki qüsurlu şəxslərin hüquqlarının və sosial rifahının tam həyata keçirilməsinin böyük vaxt və kollektiv yanaşma tələb etdiyini, xüsusi əlil arabalarının təqdim olunması ilə yanaşı, bu şəxslərin rəsm və əl işlərindən ibarət sərgisinin keçirilməsi məqsədinin onların bacarıqlarını ortaya çıxarmaq, özlərinə inamlarını artırmaq olduğunu qeyd edib. Pakistan hökuməti tərəfindən fiziki qüsurlu şəxslərin rifahı üçün keçirilən müxtəlif proqramlardan da bəhs edən səfir Əli Əlizadə, bu tədbirə Prezident Sarayında ev sahibliyi etdiyinə və xeyirxah məqsədlərə xidmət edən işlərə göstərdiyi davamlı diqqətə görə Pakistan Prezidenti Arif Alviyə təşəkkürünü bildirib.

Tədbirin xüsusi ali qonağı, Pakistanın Prezidenti Dr.Arif Alvi, Heydər Əliyev Fondunun Pakistanda, eləcə də dünyanın bir çox ölkələrində çoxsaylı humanitar layihələr həyata keçirdiyini xüsusi qeyd edərək, bu cür proqramların həyata keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayıb və Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin təşəkkürünü ifadə edib. Azərbaycan-Pakistan arasındakı yüksək səviyyəli qardaşlıq münasibətlərindən məmnunluğunu bildirən Prezident, 2019-cu ildə Qoşulmama Hərəkatının iclasında iştirakla bağlı Azərbaycana səfər etdiyini və ölkəmizdə göstərilən xüsusi diqqət, qayğı və qonaqpərvərliyin onda xoş təəssüratlar yaratdığını vurğulayıb. Prezident 44 günlük müharibədən söhbət açaraq ölkəmizin öz torpaqlarını işğaldan azad etməsi və təcavüzkar Ermənistan üzərində qələbə qazanması münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edib, xüsusi təbriklərinin Azərbaycan Prezidentinə də çatdırılmasını xahiş edib. O həmçinin, fiziki məhdudiyyətli şəxslərə diqqətin göstərilməsinin vacibliyindən bəhs edərək Pakistan höküməti tərəfindən də bu şəxslərin rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilməkdə olan layihələr barədə məlumat verib və onlara sadəcə dövlət tərəfindən deyil, eyni zamanda vətəndaşlar tərəfindən də qayğı göstərilməsinin zəruriliyini vurğulayıb.

Tədbirin yekununda Pakistanın Xüsusi Təhsil Baş Direktorluğu, Bait-ul-Mal, Xüsusi Hərbi Təhsil Akademiyası və Xüsusi İstedad Mübadilə Proqramı təşkilatlarını təmsil edən fiziki qüsurlu şəxslərə Heydər Əliyev Fondunun dəstəyi ilə onların bədən ölçülərinə uyğun xüsusi olaraq hazırlanmış 100 ədəd arabalar təqdim olunub.

S.Xankişiyeva

 

Paylaş:
676

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər