Ərdoğan: “Azərbaycan dillərə dastan olan zəfərə imza atdı” | 1news.az | Xəbərlər
Siyasət

Ərdoğan: “Azərbaycan dillərə dastan olan zəfərə imza atdı”

16:47 - 31 / 12 / 2020
Ərdoğan: “Azərbaycan dillərə dastan olan zəfərə imza atdı”

“Türkiyə Silahlı Qüvvələrinin, Azərbaycan Ordusunun dəyərli qəhrəmanları hər birinizi səmimiyyətlə salamlayıram”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda  olan Rusiya-Türkiyə Birgə Mərkəzində atəşkəsə nəzarət edəcək türk hərbçilərinə telefon vasitəsilə mesaj ünvanlayarkən bildirib.

Azərbaycan xalqına da müraciət edən R.T.Ərdoğan deyib ki, Prezidenti Cənab İlham Əliyevin liderliyilə 44 günlük bir müddətdə Azərbaycan dillərə dastan olan bir qələbəyə imza atıb: “Bu zəfər Azərbaycanlı qardaşlarımızı qədər bizləri də məmnun edib”.

Türkiyə Prezidenti Azadlıq Meydanında 10 dekabrda təşkil edilən qələbə paradında  Azərbaycan xalqının qüruruna ortaq olduqlarını xatırladıb: “102 il öncə Azərbaycan xalqı Qafqaz İslam Ordusunu necə dualarla və sevinclə qarşılayıbsa, 10 dekabrda da Türkiyə Silahlı Qüvvələrini eyni sevinclə qarşıladı. Yaxın tarixdə olan birlik və bərabərliyimiz 44 günlük müddətdə Türkiyə və Azərbaycanın "iki dövlət, bir millət” anlayışı ilə biri-birinə nə qədər bağlı olduğunu bir daha təsdiqlədi”.

R.T.Ərdoğan bildirib ki, Türkiyə hərbçilərinin Azərbaycanda mövcudluğu hərbi zəfərindən qürur duyan Azərbaycanın bundan sonrakı mübarizəsinə də həm savaş meydanında, həm də bütün beynəlxalq platformada dəstək vermək deməkdir: “ Keçmişi şan və şərəflə dolu olan Türk ordusu, əsrlər boyu olduğu kimi yenə də şərəflə öz mübarizəsinə davam edəcəkdir. Türk əsgəri “ölsəm şəhid, qalsam qazi” anlayışı ilə ölkəmizdə və bütün dünyada, başda da Azərbaycanda ona verilən vəzifəni qüsursuz yerinə yetiəcəkdir.

Suriyadan Liviyaya, Somalidən Kosovoya, Əfqanıstandan Qətərə qədər bir çox yerdə sülhün, əmin-amanlığın və sabitliyin qorunması üçün mübarizə aparan bütün əsgərlərimizə Azərbaycanda da uğurlar arzulayıram”.

1news.az

Paylaş:
461

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər