20 Yanvar şəhidlərinin ailələrinə təsis edilmiş aylıq təqaüdün məbləği 500 manata qaldırılıb
Prezident İlham Əliyev "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli 350 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" fərman imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, fərmana əsasən, 1990-cı ilin yanvar faciəsi zamanı şəhid olmuş hər bir şəxsin ailəsinə təsis edilmiş aylıq "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün məbləği 300 manatdan 500 manata qaldırılıb.
Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.
1news.az
521