Cəmiyyət

 Pandemiya dövründə ali məktəblərdə imtahan sessiyasının təşkili - “Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO – VİDEO

17:15 - 19 / 01 / 2021
 Pandemiya dövründə ali məktəblərdə imtahan sessiyasının təşkili - “Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO – VİDEO

Koronavirus pandemiyası və tətbiq edilən karantin qaydaları səbəbilə 2020/2021-ci tədris ilinin payız sessiyası məsafədən təşkil edildi.

Buna baxmayaraq ali məktəblərdə pandemiya dövründə tədrisin təşkili, yeni ixtisasların yaradılması, eləcə də ixtisasların akkreditasiyası, ikili diplomların sayının artırılması, elmi tədqiqatların keyfiyyətinin daha da yüksəldilməsi, yeni laboratoriyaların yaradılması, xarici professorların tədrisə cəlb edilməsi istiqamətində uğurlu addımlar atıldı.

Pandemiya dövründə yaranmış çətinliklər və bu istiqamətdə həyata keçirilən tədbirlər planı təhsildə cari imtahan sessiyasının da uğurlu təşkili üçün baza rolunu oynadı. Müəllim və tələbələrin Microsoft Teams platformasının imkanları vasitəsilə payız imtahan sessiyasında tədrisin təşkli uğurla başa çatdı. Cari tədris ilinin imtahan sessiyası da bütün imkanların səfərbər olunması nəticəsində uğurla davam edir.

1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Pandemiya dövründə ali məktəblərdə imtahan sessiyasının təşkili” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – təhsil eksperti Kamran Əsədov, AzMİU-nun strateji inkişaf üzrə prorektoru, texnika elmləri doktoru Ülkər Səttarova, UNEC Türk Dünyası İqtisad Fakültəsi və SABAH qruplarının müəllimi Qələndər Məmmədli və AzEDU.az saytının baş redaktoru Elmin Nuri mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

S.Xankişiyeva

 

Son xəbərlər

Bütün xəbərlər

Next TV