Ermənistanın Səhiyyə Nazirliyinin rəsmisi ölkədən qaçdı | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanın Səhiyyə Nazirliyinin rəsmisi ölkədən qaçdı

17:34 - 23 / 01 / 2021
Ermənistanın Səhiyyə Nazirliyinin rəsmisi ölkədən qaçdı

Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzinin Yoluxucu Xəstəliklərin qarşısının alınması şöbəsinin müdiri Liana Torosyan ölkəni tərk edib.

1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, işdən çıxarılan Torosyan bundan sonra Polşada yaşayacaq.

Liana Torosyan əvvəlcə məzuniyyət ərizəsi yazaraq Polşaya yola düşüb və daha sonra oradan qayıtmayacağını bildirib.

Nəşrin yazdığına görə, Torosyanın ölkədən getməsi gözlənilməz olub. Bir çox mənbələr onun bu addımını koronavirusla bağlı bəzi məsələlərdə maliyyə vəsaitlərindən sui-istifadə halları aşkarlanması ilə əlaqələndirirlər. 

1news.az

Paylaş:
826

Son xəbərlər

Bütün xəbərlər