Cəmiyyət

Erməni təcavüzü nəticəsində Horadizdə dağılan evlər bərpa olunur – FOTO

17:14 - 28 / 01 / 2021
Erməni təcavüzü nəticəsində Horadizdə dağılan evlər bərpa olunur – FOTO

Vətən müharibəsi zamanı erməni təxribatı nəticəsində mülki obyektlərə dəymiş ziyanın aradan qaldırılması üçün 11 rayon və şəhərdə tikinti işlərinə başlanılıb.

Trend-in məlumatına görə, həyata keçiriləcək işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılır. Həmin işlər ötən gündən etibarən Horadiz şəhərində də həyata keçirilir.

Qeyd edək ki, dəymiş ziyanın aradan qaldırılması məqsədilə mülki obyektlərin təmiri və ya yenidənqurulması təşkil olunacaq.

S.Xankişiyeva

 

149

Son xəbərlər

Bütün xəbərlər

Next TV