Fərhad Məmmədov: “Ermənilərin həyasızlaşmaması üçün bu məsələni sülhməramlılarla nizamlamaq lazımdır” | 1news.az | Xəbərlər
Müsahibə

Fərhad Məmmədov: “Ermənilərin həyasızlaşmaması üçün bu məsələni sülhməramlılarla nizamlamaq lazımdır”

10:20 - 28 / 01 / 2021
Fərhad Məmmədov: “Ermənilərin həyasızlaşmaması üçün bu məsələni sülhməramlılarla nizamlamaq lazımdır”

Qarabağ ermənilərinin qondarma lideri Arayik Arutunyan atəşkəslə bağlı razılaşmaların pozulmasına yönəlmiş təxribatçı bəyanatlar səsləndirməkdə davam edir və regionu yeni müharibə təhlükəsi ilə üz-üzə qoyur.

Belə ki, o, “Arsaxa” (ermənilərin yaşadığı ərazini nəzərdə tutur) Azərbaycanın tərkibində hər hansı statusun verilməsinin qeyri-mümkün və qəbuledilməz olmasını söyləmiş və bu çətin şəraitdə “müstəqilliyin” beynəlxalq səviyyədə tanınması uğrunda mübarizəni davam etdirdiklərini vurğulamışdır. Bununla o, regionda normal dinc nizamın bərqərar olmasına yönəlmiş səyləri heçə endirmiş olur.

Bu cür təxribatçı bəyanatların nə ilə nəticələnə biləcəyini tanınmış azərbaycanlı politoloq Fərhad Məmmədovla müzakirə etmişik.

− Arayik Arutunyan bildirir ki, “Arsaxa” Azərbaycanın tərkibində hər hansı statusun verilməsi qeyri-mümkündür. Siz bu fikri necə şərh edərdiniz?

− Əgər dəqiq sitata nəzər yetirsək, müəyyən mənada onun haqlı olduğunu görərik, çünki Azərbaycan da heç ona hər hansı status vermək niyyətində deyil. Digər tərəfdən, ərazilərin bərpası prosesi işə düşdükdən və qaynar faza keçmişdə qaldıqdan sonra Arayikin fikri çox az adam üçün maraqlı olacaq. Axı o Qarabağ ermənilərinin qanuni nümayəndəsi deyil və Ermənistan vətəndaşı olaraq, yalnız vətəndaşı olduğu ölkədə gedən proseslər barədə fikirlər səsləndirə bilər. Arayikin arxasında gizləndiyi sülhməramlı missiya və bu missiyanı orada yerləşdirmiş dövlət bu torpaqları Azərbaycanın ərazisi kimi tanıyır.

− Bu cür təxribatçı bəyanatların regiondakı gərginliyi artırdığını söyləmək olar?

− Belə bəyanatlarla onlar rəsmi Bakı ilə Moskva arasında gərginlik yaratmağa çalışırlar. Arayik Arutunyan başa düşür ki, bu bəyanatın əks-sədası olacaq. Qeyd etməliyəm ki, RF XİN rəhbəri Sergey Lavrov da bu haqda danışmışdır. O, Qarabağda gərginlik yaradan bəyanatların səsləndirilməsi barədə danışarkən Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın bəyanatını misal göstərmişdir.

Təhlükəsizlik zonasında yaşayan ermənilərin həyasızlaşmaması və bu cür bəyanatlardan çəkinməsi üçün bu məsələni sülhməramlılarla nizamlamaq lazım gələcək.

− Bundan başqa, A.Arutunyan həm də bəyan etmişdir ki, “müstəqilliyin” beynəlxalq səviyyədə tanınması uğrunda mübarizəni davam etdirəcəklər. Bəs bu fikri necə qəbul etməliyik?

- Onlar 30 il ərzində buna nail ola bilmədilər, indi necə nail olacaqlar? Diasporun gücünü və resurslarını cəlb etmək üçün o danışmağa borcludur, çünki orada başa düşürlər ki, guya Qarabağa qayıtmış ermənilərin yaşayışını təmin etmək üçün maliyyə resurslarına ehtiyac vardır. Bu zaman onu da qeyd etmək lazımdır ki, diasporun bu dəstəyi ildən ilə azalmaqdadır. Dəstəyin ən yüksək həddi müharibə dövrünə təsadüf etdi. Həmin vaxt toplanmış olan 170 milyon dollardan 105 milyonunu Ermənistan hökuməti “ən zəruri” məsələlərin həlli məqsədilə mənimsəmiş oldu.

- Ola bilər ki, bu cür bəyanatlar səsləndirməyə Arayik Arutunyana kənardan təkan verirlər?

− Təkan verənlər tezliklə nəinki qarşılıqlı bəyanatların, həm də qarşılıqlı fəaliyyətin şahidi olacaqlar. Azərbaycan göstərdi ki, gözləyib hərəkətə keçə bilir. Əgər bu cür bəyanatlar dayandırılmasa, Azərbaycan tədbirlər görəcək. Biz, 44 günlük Vətən müharibəsi dövründə bunu nümayiş etdirdik. Biz çox səbr edirik, lakin başlayanda, artıq bizi dayandırmaq olmur.

− Tez-tez digər xarici oyunçular – Dövlət Dumasının deputatları, ABŞ-lı konqresmenlər tərəfindən də təxribatçı bəyanatlar səsləndirilir. Bəs onlara necə reaksiya verilməlidir? Məsələn, bu yaxınlarda Vitaliy Milonovun təxribatçı fikirləri ilə bağlı Azərbaycan XİN bəyanat yaydı.

− Milonov müharibə dövründə Qarabağa səfər etmişdi. Onun kimi digərləri, məsələn, Konstantin Zatulin kimilər, təəssüf ki, RF ilə Azərbaycan arasında münasibətlərdə problemlər yaradır. Eyni qaydada, bəzi ABŞ-lı konqresmenlər də rəsmi Vaşinqtonla Bakı arasında münasibətləri korlayır. Diqqəti daha çox XİN-lərin rəsmi nümayəndələrinə və dövlət başçılarına vermək lazımdır. Biz bu cür təxribatlara hazır olmalıyıq. Belə təxribatlar müharibədən əvvəl də olub, indi isə ikiqat artacaq. Belə bir misal göstərim. Fransanın bir sıra şəhərləri oyuncaq qurumu tanıdıqlarını bəyan etdilər, nəticədə nə oldu? Məhkəmələr vasitəsilə bu qərarların ləğvinə nail ola bildik. Bu və ya digər qərarların qəbul edilməsini gözləmək üçün xeyli vaxtımız var. Bu, həm sülhməramlı missiyanın fəaliyyətinə, həm də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə işə aiddir.

Azərbaycanın maraqlarına cavab verməyən istənilən bəyanatlar havada qalacaq. Məsələn, diversantlarla bağlı məsələni də bura aid etmək olar. Bəyanatı kim səsləndirir səsləndirsin, AŞPA və ya BMT Baş katibi, fərq etməz, Azərbaycan öz maraqlarına uyğun hərəkət edəcəkdir.

Elşən Rüstəmov

Paylaş:
2393

Sizin üçün xəbərlər

Son xəbərlər

Kolleclərdə monitorinq keçirilib, nöqsanlar aşkarlanıbBu gün, 12:41Yağış yağacaq, külək əsəcək - Sabahın havasıBu gün, 12:24Laborator analizlərin nəticələrini “mygov” rəqəmsal hökumət platformasından əldə etmək mümkündürBu gün, 12:23Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17NİİM-dən yollarda diqqətsizlik və məsuliyyətsiz edənlərə ÇAĞIRIŞ - VİDEOBu gün, 11:11Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi - FOTOBu gün, 10:53Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”Bu gün, 10:49Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedibBu gün, 10:10Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunubBu gün, 10:09Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTOBu gün, 09:55DİN: Ötən gün axtarışda olan 126 nəfər saxlanılıbBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26“Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin qalası olub - FOTOBu gün, 09:21Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13Bakıda sıxlıq olan küçə və prospektlər açıqlandı - SİYAHIBu gün, 09:11
Bütün xəbərlər