Azad edilmiş ərazilərdə Tarix və mədəniyyət abidələri üzrə İşçi Qrupun iclası keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Azad edilmiş ərazilərdə Tarix və mədəniyyət abidələri üzrə İşçi Qrupun iclası keçirilib

10:21 - 29 / 01 / 2021
Azad edilmiş ərazilərdə Tarix və mədəniyyət abidələri üzrə İşçi Qrupun iclası keçirilib

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə İşçi Qrupun iclası keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin mərkəzləşdirilmiş qaydada həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargahın nəzdində müxtəlif işçi qruplardan ibarət İdarələrarası Mərkəz fəaliyyət göstərir.

Həmin işçi qruplarından biri olan Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə İşçi Qrupun əsas fəaliyyət istiqaməti işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin hazırkı vəziyyətinin müəyyənləşdirilməsi, vurulmuş zərərin qiymətləndirilməsi, onların təsnifatının aparılması, habelə müvafiq qaydada bərpa işlərinin və mühafizənin təşkilidir.

Nəzərdə tutulmuş işlərin icrası ilə əlaqədar İdarələrarası Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sədrliyi ilə işçi qrupun iclası keçirilmişdir. İclasda Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, təhsil naziri Emin Əmrullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və digər şəxslər iştirak ediblər.

Qeyd edilib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə Azərbaycan xalqının milli-mədəni irsinin bərpası, mədəniyyət və dini abidələrin şəhərsalma qaydaları nəzərə alınmaqla yenidən qurulması, onların etibarlı mühafizəsinin təşkili gündəlikdə duran əsas məsələlərdir.

İclasda Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərində ardıcıl mədəni tədbirlərin keçirilməsi, xüsusilə Vaqifin poeziya günlərinin və “Xarı bülbül” festivalının təşkili ilə bağlı məsələlər də nəzərdən keçirilmişdir.

İşçi qrupun üzvü olan dövlət qurumlarının rəhbərləri işğaldan azad olunmuş ərazilərdə həyata keçirilməsi nəzərdə tutulan işlər barədə məlumat vermiş, bir sıra əlavə təklfilər səsləndirmişlər.

S.Xankişiyeva

 

Paylaş:
472

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər