Qəbul imtahanları nə zaman keçiriləcək? - Məleykə Abbaszadə açıqladı
Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarının keçirilmə tarixlərini açıqlayıb.
1news.az xəbər verir ki, bu barərə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə məlumat verib. O, bildirib ki magistratura səviyyəsinə qəbul imtahanı (1-ci şans) fevralın 28-də keçiriləcək.
"Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları, əvvəlki illərin məzunlarının ali məktəblərə qəbul imtahanı (1-ci mərhələ), dövlət qulluğuna qəbul imtahanının test mərhələsi aprel ayı ərzində keçiriləcək.
Ali təhsil müəssisələrinə qəbul imtahanı (1-ci şans), tədrisi Azərbaycan dilindən fərqli dildə aparılan ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı (1-ci şans), dövlət qulluğuna qəbul imtahanının test mərhələsi, rezidenturaya qəbul imtahanı (1-ci şans) may ayı ərzində keçiriləcək.
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı, əvvəlki illərin məzunların üçün ümumi (9) illik təhsil səviyyəsindən kolleclərə qəbul imtahanı, magistratura səviyyəsinə qəbul imtahanı (2-ci şans), tədrisi Azərbaycan dilindən fərqli dildə aparılan ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı (2-ci şans), dövlət qulluğuna qəbul imtahanının test mərhələsi iyun ayın ərzində olacaq".
M. Abbaszadə əlavə edib ki, ali məktəblərə qəbul imtahanı (2-ci şans) iyul ayı ərzində olacaq.
Rezidenturaya qəbul imtahanı (1-ci mərhələ 2-ci şans) avqust ayı ərzində olacaq. Sentyabr ayı ərzində buraxılış imtahanı (payız təkrar), dövlət qulluğuna qəbul imtahanının test mərhələsi, rezidenturaya qəbul imtahanı (2-ci mərhələsi) keçiriləcək.
Qafar Ağayev












