Azərbaycanda sosial kartlar ləğv olunacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda sosial kartlar ləğv olunacaq

11:50 - 29 / 01 / 2021
Azərbaycanda sosial kartlar ləğv olunacaq

Azərbaycanda sosial kartlar ləğv olunacaq. Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında deyib.

M.Abbasbəyli deyib ki, bunun üçün 30-a qədər normativ hüquqi aktda dəyişiklik edilib. Onun sözlərinə görə, Agentliyin elektron sistemlərində də müvafiq uyğunlaşdırmalar artıq təmin olunub və qurum bu prosesə tam hazırdır:

“Qanunvericiliklə bağlı son mərhələ də qəbul ediləndən sonra sosial kartları dövriyyədən çıxara biləcəyik. Şəxsiyyət vəsiqəsinin üzərindəki FİN nömrələr sosial kartların nömrələri ilə artıq uyğunlaşdırılıb. Yəni sosial sığorta nömrəsi yenə qalacaq, amma karta ehtiyac olmayacaq”.

S.Xankişiyeva

 

Paylaş:
1008

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər