ANAMA-nın əməkdaşı minaya düşüb, ayağı amputasiya olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA-nın əməkdaşı minaya düşüb, ayağı amputasiya olunub

12:13 - 29 / 01 / 2021
ANAMA-nın əməkdaşı minaya düşüb, ayağı amputasiya olunub

29 yanvar 2021-ci il tarixdə saat 11 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Ağdam rayonuna ezam olunmuş Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin bölmə rəhbəri 1983-cü il təvəllüdlü Mirzəyev Elməddin Tofiq oğlu minaya düşməsi nəticəsində “sol ayağın topuqdan aşağı ətrafının travmatik amputasiyası” xəsarəti və çoxsaylı qəlpə yaraları almışdır.

Baş Prokurorluqdan 1news.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş,digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılmışdır.

Hazırda zəruri istintaq hərəkətləri həyata keçirilir.

S.Xankişiyeva

 

Paylaş:
817

Son xəbərlər

Bütün xəbərlər