Zakir Həsənov: 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və ərazi bütövlüyünün bərpası ilə başa çatıb | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov: 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və ərazi bütövlüyünün bərpası ilə başa çatıb

14:30 - 30 / 01 / 2021
Zakir Həsənov: 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və ərazi bütövlüyünün bərpası ilə başa çatıb

“2020-ci ilin sentyabrın 27-si tarixində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını alaraq əks-hücum əməliyyatı həyata keçirib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən müharibə Azərbaycanın tam qələbəsi və ərazi bütövlüyünün bərpası ilə başa çatıb”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov işğaldan azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində deyib.

O xatırladıb ki, Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında ötən ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla atəşkəs rejiminə nail olunub.

S.Xankişiyeva

 

Paylaş:
602

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər